"Sabah" futbolçusu ilə müqaviləni uzadıb

“Sabah” futbolçusu Ceyhun Nuriyevlə müqavilə müddətini uzadıb.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, gənc oyunçu paytaxt təmsilçisinin əsas komandasına 2020-ci ildə cəlb olunub. O, "Sabah"ın heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 23 oyun keçirib, 2 qola imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR