Güllələnən sabiq nazir ÖLMƏYİB -

"Keçmiş Baş nazir Şinzo Abe vəziyyəti kritikdir, həkimlər onun xilası üçün əllərindən gələni edir".

Metbuat.az xəbər verir ki, bunu Yaponiyanın hazırkı Baş naziri Kişida Fumio deyib.

O qeyd edib ki, hazırda sabiq baş nazirin hazırda vəziyyəti kritikdir və bu məsələ hökumət kabinetinin iclasında müzakirə olunacaq: "Təbii ki, hökumət istənilən ssenarini gözləyir və bu ssenarilərə hazır olacaq. Hökumət kabinetinin üzvlərinə göstəriş verilib ki, toplantı üçün Tokioya toplaşsınlar".

09:16

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniyanın maliyyə naziri Nadim Zahavi tviter hesabında bildirib.

"Yaponiyadan ürək ağrıdan xəbər gəldi. Baş nazir Şinzo Abe hücumçu tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Biz siyasətə xidmət etmək və dünyanı daha yaxşı bir yerə çevirmək üçün qoşuluruq, yaxşı insan bu nəcib məqsəd uğrunda həyatını itirdi", - nazir qeyd edib.


08:34

Yaponiyanın Nara şəhərində keçmiş baş nazir Şinzo Abe sui-qəsdə məruz qalıb. Siyasətçinin çıxışı zamanı naməlum şəxs ona atəş açıb.

Metbuat.az xəbər verir ki, hadisə yerində azı iki atəş səsi eşidilib. Ağır yaralanan Şinzo Abe xəstəxanaya yerləşdirilib.

68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.

Qeyd edək ki, Şinzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR