Putin hələ belə danışmamışdı: "Hamı bilməlidir ki, Ukraynada hələlik heç nəyə başlamamışıq"

“Qərb bizi müharibə meydanında məğlub etmək istəyirsə, qoy cəhd göstərsin. Amma hamı bilməlidir ki, Rusiya hələlik heç nəyə başlamayıb”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Putin Dövlət Dumasının fraksiya liderləri ilə görüşdə belə deyib. O bildirib:

“ABŞ-da, Avropada hətta digər qitələrdə Rusiyanın dəstəkçiləri var. Rusiyaya qarşı tətbiq edilən qanunsuz qərarlar bizim üçün çətinliklər yaradır. Lakin bu, Rusiyaya əminəm ki, təsir etməyəcək. Ukraynada müharibəni Rusiya deyil, Qərb kollektivi başlatdı. Eşidirik ki, bizi müharibə meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər. Eşidirik ki, Qərb son ukraynalıya qədər bizimlə müharibə aparmaq istəyir. Amma hamı bilməlidir ki, biz hələlik heç nəyə başlamamışıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR