Berluskoni futbolçular qarşısında şərt qoydu:

İtaliyanın “Monza” futbol klubunun sahibi Silvio Berluskoni transfer edəcəyi oyunçularla bağlı şərtlər qoyub.

Metbuat.az “Daily Mail“ə istinadən xəbər verir ki, keçmiş baş nazir transfer edəcəyi oyunçuların xarici görünüşünə önəm verəcəyini ifadə edib. Berluskoni bildirib ki,“Monza” klubunda forma geyinmək istəyən futbolçular saqqal saxlamamalı, geyim tərzlərinə diqqət etməli və sırğa taxmamalıdır.

Qeyd edək ki, “Monza” klubunun İkardi və Dyabala kimi ulduz futbolçularla maraqlandığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR