Rusları doğrayan azərbaycanlı

Rusları doğrayan azərbaycanlı
11:36 19 Yanvar 2015
139 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tatarıstan Respublikasının Naberejnı Çelnı şəhərində əyləncə klubda dava salan azərbaycanlılar bir nəfər yerli sakini öldürüblər.

ANS PRESS-in məlumatına görə, yerli “KazanFirst” portalı yazır ki, hadisə gecə saat 5 radələrində baş verib. Klubda əylənən 7 nəfər Azərbaycan vətəndaşı ilə üç yerli sakin arasında dava düşüb. Yerli sakinlərdən ikisi qardaş olub.

Mühafizəçilər dava salanları çölə çıxarıblar. Çöldə davam edən davada azərbaycanlılardan biri bıçaq çıxaraq əsil qırğın törədib, üç nəfər yerli sakini bıçaqlayıb. Qardaşlardan biri hadisə yerində keçinib, yaralanmış iki nəfəri isə xəstəxanaya yerləşdiriblər.

Azərbayjanlılar isə şəhərin mərkəzində yerləşən Azatlık meydanına tərəf qaçaraq, iki taksi ilə aradan çıxıblar. Hadisə yerind iri qan ləkələri qalıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=320516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR