Azəbaycanda tanınmış rəssam

Tanınmış rəssam Rakif İsmayılov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Mərhum 65 yaşında dünyasını dəyişib.

Məlumata görə, o, şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir müddət öncə onun ayağı amputasiya olunmuşdu.

Qeyd edək ki, Rakif İsmayılov ölkədə portretçi rəssam kimi tanınıb. İsmayılov son illərini Bakının Nizami küçəsində turistlərin portretini çəkməklə keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR