​Azərbaycan millisinin futbolçusu İsveçrə klubuna transfer olundu -

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, 23 yaşlı hücumçu İsveçrənin “Qrasshopper” klubuna transfer olunub.

Klubun rəsmi saytının yaydığı məlumata görə, tərəflər arasında 2+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, bundan öncə müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan R.Dadaşov son mövsümü icarə əasında Portuqaliya “Tondella”sında keçirmişdi. O, 2020-ci ildə də icarə əsasında “Qrasshopper”də çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR