Nazilə Səfərli həbs olunub? -

Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nazilə Səfərlinin həbs xəbəri həqiqəti əks etdirmir:

“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.

Qeyd edək ki, N.Səfərli həbs xəbərləri yayılandan sonra Şəmkirdə toyda sosial şəbəkə vasitəsilə canlı yayıma çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR