Türkiyə vətəndaşı Sumqayıtda özünü dənizə ataraq intihar edib

Sumqayıtda Türkiyə vətəndaşı intihar edib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Xəzər dənizinin Sumqayıt sahilindən kişi meyiti tapılıb.

Meyitin 1998-ci il təvəllüdlü Türkiyə vətəndaşı Şahin Vahid Nahid olduğu müəyyən edilib. 24 yaşlı türk gəncin intihar məqsədi ilə özünü dənizə atdığı bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR