Azərbaycanda şok hadisə:

Ağstafa rayonu Yenigün kəndində qonaq olan Şəmkir rayon sakinini arı vurması ilə bağlı 09 iyul tarixində saat 18:00 radələrində Təcili Tibbi Yardıma (TTY) çağırış daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. TTY briqadası 18:07 radələrində həmin ünvanda olarkən vətəndaşın hadisə yerində öldüyü məlum olub.

Vətəndaşa həkimlər tərəfindən heç bir iynə vurulmayıb. Hadisə barədə rayon hüquq mühafizə orqanlarına anında məlumat verilib.

Daha sonra vətəndaşın nəşi adiyyəti üzrə araşdırılması üçün Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Oradan meyit basdırılması üçün ailəsinə verilib.

Bir gün meyitdə həyat əlamətləri zənn edən ailə üzvləri meyiti Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparıblar.

Orada da kliniki ölüm təsdiq olunub.

Mərhumun yaxınlarına başsağlığı diləyirik!

Qeyd edək ki, sosial şəbəkələrdə Ağstafada arı vurması nəticəsində öldüyü zənn edilən 24 yaşlı gənc İlqar Qəhrəmanovun dəfn edilən zaman ayıldığı iddia olunur.

Məlumata görə, gənc oğlan ölən zaman yaxınları onu xəstəxanaya çatdırıb.

Ancaq ona əvvəlcdən "meyit şişməsin deyə" iynə vurulduğu üçün, ayılandan sonra iynənin təsirindən bu dəfə xəstəxanada həqiqətən ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR