Berti Foqts ürəyindən əməliyyat olundu

Berti Foqts ürəyindən əməliyyat olundu
11:37 19 Yanvar 2015
83 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandamızın sabiq baş məşqçisi Berti Foqts ürəyindən əməliyyat olunub. Famat.az xəbər verir ki, tibbi müdaxilə ötən həftə Almaniyanın Tübingen Universitetinin klinikasında aparılıb. 


Əməliyyat nəticəsində Foqtsun ürəyinə süni klapan qoyulub. Hazırda klinikanın intensiv terapiya şöbəsində olan almaniyalı mütəxəssis bir neçə gün sonra evinə buraxılacaq. Foqts "Bild" nəşrinə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib: "İndi ürəyim çox gözəl çalışır. Son 3-4 ayda bilirdim ki, mənə yeni ürək klapanı lazımdı. Əməliyyata hazır idim". 


69 yaşlı mütəxəssis Azərbaycan millisini 2014-cü il oktyabrın 13-də AVRO-2016-nın seçmə qrup matçında Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra tərk edib. Həmin vaxt Foqts hazırkı heyətlə uğur qazanmağın qeyri-mümkün olduğunu səbəb göstərib. Almaniya mətbuatı isə onun məhz səhhətindəki problemlərlə əlaqədar portunu tərk etdiyini güman edib. 


Qeyd edək ki, Foqts Azərbaycan milli komandasında 2008-ci ilin aprelindən baş məşqçi kimi fəaliyyətə başlayıb. Onun istefası barədə rəsmi açıqlama ötən il oktyabrın 17-də açıqlama verilib.//report.az


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-berti-foqts-uryindn-mliyyat-olundu-t17592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR