Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşa bilər -

Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin qalxa bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Haqqın.az məlumat yayıb.

Benzinin qiymətinin qalxmasına səbəb kimi dünya enerji bazarındakı volatillik göstərilir.

“Azərbaycan neft emal edən ölkədir. Bu, ona daxili bazarda neftdən alınan müxtəlif məhsullar – dizel və benzinin müxtəlif markalarına görə qiymətləri sabit saxlamağa imkan verir. Hətta bəzi neft məhsullarına görə qiymət qalxdıqda belə, bu, cəmiyyət arasında xüsusi narahatlığa səbəb olmadı. Çünki istehlakçı anlayır ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmuş digər ölkələr kimi onun qanunları ilə yaşayır və qiymət dəyişkənliyini nəzərə almaya bilməz” – deyə məqalədə qeyd olunur.

Ekspertlər hesab edir ki, neft və neft məhsullarının kəskin bahalaşması dünya iqtisadiyyatında növbəti tənəzzülə səbəb ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR