“Bakı Şəhər İşığı” tender qaydalarını pozub

Daha bir dövlət qurumu tender qaydalarını pozub.

Metbuat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi İşıqlandırma üçün lazımı mal-materialların satınalınması ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi "Interkabel" Firması seçilib və şirkətlə 800 min manatlıq müqavilə imzalanıb.

Qalib şirkət "Interkabel" Firmasının 15 min manat cari vergi borcu yaranıb.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR