Bakıda keçmiş məhkumdan narkotik tapılıb

Bakıda polis əməkdaşları əməliyyat keçirib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Q.Həsənovun evinə baxış zamanı oradan 950 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR