Kriptovalyuta bazarında ucuzlaşma:

Uzun müddətdir ki, kriptovalyuta bazarında ucuzlaşma müşahidə edilir.

Metbuat.az xəbər verir ki, başda "Bitcoin" olmaqla digər aparıcı kriptovalyutalar kəskin ucuzlaşacaq. "Bloomberg"in apardığı sorğuya görə, respondentlərin 60 faizi "Bitcoin"in cari dəyərinin 50%-ni itirərək 10 min dollara çatma ehtimalının daha yüksək olduğunu bildiriblər.

Noyabr ayında təxminən 69 min dollar olan "Bitcoin" qlobal bazarlarda dəyərinin üçdə ikisini itirərək 2020-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə çatıb.

Qeyd edək ki, hazırda son 24 saatın göstəricilərə görə, kriptovalyuta bazarında 3.2%-lik ucuzlaşma müşahidə olunur.

"Bitcoin"in qiyməti 4% ucuzlaşaraq 20 min ABŞ dollar olub. Bundan başqa, "Ethereum"un qiyməti də son bir sutkada 3.6% ucuzlaşaraq 1.142 min ABŞ dollarına enib.

Beləliklə, kriptovalyuta bazarının toplam dəyəri 951 milyon ABŞ dolları olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR