​“Fənərbaxça”dan qalmaqallı şəkildə ayrılan Məsud Özilin yeni klubu məlum oldu -

“Fənərbaxça”dan ayrılan Məsud Özilin yeni klubu “Medipol Başakşehir” olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. İddialara görə, tərəflər arasında razılıq əldə olunub. Məlumata görə, Məsud Özil “Medipol Başakşehir” klubunun baş məşqçisi Əmrə Bələzoğlu ilə yaxın dostdur. Məsud Özil bu səbəbə görə, “Medipol Başakşehir” klubuna keçməyə razılıq verib.

Qeyd edək ki, Məsud Özil “Fənərbaxça”nın əsas komandasından qovulmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR