ABŞ çalxalanır: Bayden postundan uzaqlaşdırıla bilər -

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə aid olduğu edilən səs yazısı və fotolar internetə sızdırılıb.

Metbuat.az xəbər verir ki, məlumatlar arasında Hanterin kiçik qız uşaqları ilə uyğunsuz fotoları, pis əməllərinə dair yazışmaları da yer alıb. Hanterə aid olduğu iddia edilən səs yazısında isə Co Baydenin vitse-prezident olarkən vəzifəsindən istifadə edərək oğluna verdiyi imtiyazlara dair məlumatlar yer alıb. İddia edilir ki, hakerlər Hanterə aid olan şəxsi internet hesabına daxil olaraq, məlumatları ələ keçiriblər.

Məsələ ABŞ-da böyük rezonans yaradıb. Məsələ təsdiqini taparsa Co Bayden postundan uzaqlaşdırıla bilər. Hələlik rəsmi araşdırma başlamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR