Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım göstərib

11:37 19 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 11:32 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. 20 Yanvar əlilləri və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri təminatı istiqamətində də məqsədyönlü işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə ƏƏSMN tərəfindən həyata keçirilən tədbirlərdə 20 Yanvar əlillərinin də mütəmadi olaraq iştirakı təmin olunmaqla, həmin şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının təşkili və s. istiqamətlərdə müvafiq işlər görülür.

 

Hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar qeyd olunan təbəqələrdən olanlar birdəfəlik müavinətlə təmin olunurlar. Bu günlərdə də 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı olaraq, ƏƏSMN tərəfindən 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

 

20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR