"Azərenerji" 2 milyon manatlıq 2 tenderə yekun vurub

"Azərenerji" ASC müxtəlif növ sərfiyyat mallarının (1), eləcə də yanğından mühafizə vəsitələri və ehtiyat hissələrinin (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Metbuat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Mix Pro" və "Marz" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 943 min manat və 927 min manat, ümumilikdə isə 1,87 milyon manat ödəniləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR