Qurban Qurbanov: “Belə hesab gözləmirdim”

“İlk öncə bizim möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Hamı ilk oyundan sonra “Lex”in azarkeşlərindən danışırdı, amma mən demişdim ki, bizim fanatlar daha möhtəşəmdirlər. Bu gün də bunun bir daha şahidi olduq”.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının birinci təsnifat mərhələsin cavab matçında Polşa çempionunu 5:1 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra deyib.

Qurban Qurbanov açıqlamasında belə hesab gözləmədiyini bildirib:

“Hesab bizi aldada bilər, amma Polşa çempionuna qalib gəlmişik. İlk qolu buraxdıqdan sonra rəqibin müdafiəsini yarmaq çətin idi. Amma futbolçularım göstərdi ki, məndən kənarda da bu oyuna hazırlaşıblar. Hər birinə təşəkkür edirəm. Düzü, belə hesab gözləmirdim. Çünki həqiqətən ciddi rəqibə qarşı oynayırdıq. Amma bu, futboldur, istənilən nəticə qeydə alına bilər”.

Təcrübəli mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları rəqib barədə də danışıb.

“İnanın ki, həmin rəqibə baxmamışdım. Amma püşkatmadan sonra bildirmişdim ki, sanki pley-off matçlarına başlamışıq. Yaxşı komandaya qarşı oynayacağıq. Qarşıdakı günlərdə “Surix”i daha yaxından tanımağa çalışacağıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR