Abşeronda 2 maşın toqquşub, ölən var

İyulun 12-də saat 15 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Əhməd Sərdarovun idarə etdiyi “Kia” və Sumqayıt şəhər sakini M.Əbişovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən Ə.Sərdarov orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR