Bu gün ay fərqli görünəcək

Bu gün superay hadisəsi baş verəcək.

Metbuat.az xəbər verir ki, kosmik hadisəni Bakı vaxtı ilə saat 22:00-dan sonra izləmək mümkün olacaq.

Məlumata görə, saat 13:09-da Ay Yerə 357 263 km yaxınlaşaraq 2022-ci il üzrə minimal məsafədə, peykin görünən diametri isə 33 dəqiqə 27 saniyə olacaq. Dolunay (Ayın fazası) hadisəsi isə 22:38-də baş verəcək.

Qeyd edək ki, superay dolunay və ya yeni ayın perigeylə - Ay və Yerin bir-birinə ən yaxın olduğu anla üst-üstə düşdüyü zaman baş verən hadisədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR