“Metropark”la üzbəüz tikilən səki

Ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binasının tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılıb.

Nərimanov Rayon İcra Hakimiyyətindən Metbuat.az-a bildirilib ki, Nərimanov RİH tərəfindən məsələyə operativ şəkildə reaksiya verilib.

Qeyd olunub ki, rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR