Qubada evdən 130 min manat oğurlanıb

Qubada seyfdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Alekseyevka kəndindəki evlərin birindən içərisində 130.000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu A.Bayramov, tanışları N.Nəcəfov və L.Sərkərov saxlanılıblar.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR