Azərbaycanda daha bir benzin markasının qiyməti

Sosial şəbəkələrdə “Aİ-98” markalı benzinin bahalaşması ilə bağlı məlumat yayılıb.

"SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib: “Xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib. Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.

Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.

Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir".

Qeyd edək ki, ötən gün Azərbaycanda "Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib. Belə ki, "Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.

Həmçinin oxuya bilərsiniz: "Aİ-95" markalı benzinin bahalaşması iqtisadiyyatımıza necə təsir edəcək? - Ekspert AÇIQLADI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR