Rusiyaya 13 milyardlıq şok

Avropa Birliyi Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı tətbiq edilən sanksiyalar barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, açıqlamaya görə müharibə başlayandan bəri Rusiyanın 13,8 milyard avroluq hesabları dondurulub. Onların arasında Rusiyanın iş adamlarının hesabları da var. Bu hesablar arasında Avropa Birliyinin dondurduğu Rusiyanın Mərkəzi Bankına aid 24 milyard avroluq hesab yoxdur.

Həmçinin, Rusiyanın 98 qurumu və 160 vətəndaşı sanksiyaya məruz qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR