Naxçıvan bu il Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək

FİDE, Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası bütün milli şahmat federasiyalarını 2022-ci il oktyabrın 1-dən 11-dək Azərbaycanın Naxçıvan şəhərində keçiriləcək FİDE U-16 Gənclər arasında Ümumdünya Şahmat Olimpiadasında iştirak etməyə dəvət edir.

Metbuat.az Beynəlxalq Şahmat Federasiyasına istinadən xəbər verir ki, FİDE-yə üzv olan hər bir federasiya Naxçıvanda keçiriləcək olimpiadaya bir komanda göndərmək hüququna malikdir.

Hər komanda 4 oyunçudan və maksimum 2 ehtiyat oyunçudan ibarət olmalıdır. Komandanın 1 kapitanı olmalıdır. Hər turda ən azı bir qız komandanın tərkibinə daxil edilməlidir.

1 yanvar 2022-ci il tarixinədək 16 yaşına çatmamış (2006-cı ildə və ya daha sonra doğulmuş) bütün oyunçular iştirak etmək hüququna malikdirlər.

FİDE-nin üzvü olan federasiyalar yarışın rəsmi internet saytında rəsmi qeydiyyat formasını lazımi qaydada doldurmalı və 15 avqust 2022-ci il tarixədək qeydiyyatdan keçən şəxsə geri göndərməlidir. Natamam və fərdi müraciətlər qəbul edilməyəcək.

Mükafatlar:

Ən yaxşı üç komanda Kubok alır;

Ən yaxşı üç komandanın altı üzvü qızıl, gümüş və bürünc medallar və xatirə hədiyyələri alır;

Lövhələrdəki ən yaxşı üç oyunçuya qızıl, gümüş və bürünc medallar və xatirə hədiyyələri verilir.

FİDE-yə üzv olan federasiyalar avqustun 15-dək rəsmi qeydiyyat formasını lazımi qaydada doldurmalı və təşkilatçılara göndərməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR