Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neftin qiyməti bahalaşıb.

Metbuat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,67% artaraq 1 barelə görə, 100,24 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,55% artaraq 96,83 dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR