Azərbaycanda ailə faciəsi:

Ötən gün Tovuzda dəhşətli qətl hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicat həyat yoldaşı 1998-ci il təvəllüdlü Əhmədova Nuranənin boğazını kəsərək övladlarının gözü qarşısında öldürüb.

İlkin məlumatlara görə, hadisəyə səbəb Nuranənin Bayraməli adlı şəxs tərəfindən şantaj edilməsi və kənddə yayılan söz-söhbət olub.

Hətta gəzən bu şayiələr səbəbindən dünən Nicat "kənddə gəzməyə utanıram" deyərək özünə bıçaqla xəsarət yetirib.

Mərhumun bacısı isə deyib ki, Nicat ona Nuranə və uşaqlarını götürüb Gəncədə nənəsinin evində qalacağını deyib. Lakin yarım saat sonra bacısının öldürülmə xəbəri gəlib. O, qeyd edib ki, bacısı "məni öldür, amma mənim günahım yoxdur" deyib.

Daha ətraflı videoda:




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR