​Birinci yarımildə ölkədə elektrik enerjisi istehsalı artıb

Cari ilin yanvar-iyun aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 315,6 mln.kVtst, yəni 2,3 faiz artaraq 13520,5 mln. kVtst olub.

Metbuat.az-a Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 110,3 mln. kVtst artaraq 12357,8 mln. kVtst təşkil edib.

Yanvar-iyun aylarında SES-lər də daxil olmaqla digər bərpa olunan enerji mənbələrindən (KES,GES, BMTZ) 205,3 mln. kVtst, yaxud 21,4 faiz artımla 1162,7 mln. kVtst elektrik enerjisi istehsal edilib. Elektrik enerjisi istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə SES-lərdə 199,3 mln. kVtst artaraq 970,6 mln. kVtst, digər mənbələr üzrə isə 6,0 mln. kVtst artaraq 192,1 mln. kVtst olub. Külək elektrik stansiyalarında 46,8 mln. kVtst, günəş elektrik stansiyalarında 30,7 mln. kVtst, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 114,6 mln. kVtst elektrik enerjisi istehsal edilib.

6 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12152,4 mln. kVts (İES-lərdə 11252,8 mln. kVtst, SES-lərdə 899,6 mln.kVtst), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 210,9 mln. kVst (İES-lərdə 120,4 mln. kVtst, SES-lərdə 62,2 mln. kVtst, GES-də 28,3 mln. kVtst), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32,7 mln. kVtst, müstəqil elektrik stansiyaları üzrə 1124,5 mln. kVtst təşkil edib.

2022-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinin ixracı 664,1 mln. kVtst, idxal isə 71,1 mln. kVtst olub.

Cari ilin iyun ayında isə respublika üzrə elektrik enerjisinin istehsalı 2276,3 mln. kVtst, idxalı 10,8 mln. kVtst, ixracı 126,2 mln. kVtst təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR