Rusiya ordusu qətliam törətdi:

Rusiya ordusunun Ukraynanın Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 25-yə çatıb. 100-ə yaxın sakin yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, hücumun hədəfində ofis binası olub. Binaya 3 mərmi düşüb. Ətrafdakı binalara zərər dəyib. Hücumun Qara dənizdə yerləşən sualtı qayıqdan atılan “Kalibr” qanadlı raketlə təşkil olunduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR