Cəbrayılda “Azərsun"un maşını minaya düşdü,

Cəbrayılda “Azərsun"un maşını minaya düşüb, sürücü xəsarət alıb.

Bu barədə Metbuat.az-a ANAMA-dan məlumat verilib.

Bildiirlib ki, 2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

“Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR