Azərbaycanda universitet müəllimi vəfat etdi -

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "Yeni media və kommunikasiya nəzəriyyəsi" kafedrasının müəllimi Ayaz Musayev vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə universitetdən bildirilib.

Bildirilib ki, A.Musayev 75 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 2004-cü ildən BDU-da işləyib.

Allah rəhmət eləsin!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR