Ərəb ölkəsi İsrail üçün hava məkanını açdı

Səudiyyə Ərəbistanı hava məkanını İsrail üçün açıb.

Metbuat.az xəbər verir ki, bu barədə krallığın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, hava məkanı İsrailin bütün mülki uçuşlarına açıq olacaq. Səudiyyə Ərəbistanı bu qərarı ABŞ Prezidenti Co Baydenin səfəri öncəsi qəbul edib. ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzə müşaviri Ceyk Sallivan krallığın qərarını “tarixi” adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR