AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb -

AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Metbuat.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra 4 qərar qəbul olunub:

1. Türkiyəli mütəxəssis Barış Şimşek 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunsun.

2. Samir Əliyev 1 seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunsun.

3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılsın.

4. Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilsin. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunsun.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR