Hövsanda orta məktəb direktoruna narazılıq ediblər

11:38 19 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda orta məktəblərdən birində məktəb direktorunun fəaliyyətindən narazılığını bildiriblər.

Trend xəbər verir ki, bu gün səhər saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi sakinləri səhər saatlarında 118 saylı orta məktəbin qarşısında etiraz aksiyası keçirilib. Buna səbəb valideyn və şagirdlərin məktəb direktorunun fəaliyyətindən narazı olması olub.

Suraxanı Rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildiriblər ki, idarənin məsul şəxsləri hadisənin araşdırılması məqsədilə məktəbə ezam olunublar. Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2354654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR