Azərbaycan Premyer Liqası:

Azərbaycan Premyer Liqasının oyunları VAR (videoköməkçi hakim) sisteminə görə həftədə üç gün ərzində baş tutacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün püşkatma mərasimində deyib.

O bildirib ki, VAR sistemi ilə əlaqədar AFFA rəhbərliyi ilə görüşüblər: "Hazırda bir gündə bölgələrdə istifadə olunması üçün bir maşın var. Bakıda belə problem yoxdur. Ona görə də xahiş etdilər ki, bölgələrdə eyni gündə iki oyun olmasın. Biz də qərara aldıq ki, oyunlar cümə, şənbə və bazar günləri keçirilsin".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR