Çində daşqınlar nəticəsində 6 nəfər ölüb

Çinin Siçuan vilayətində baş verən daşqınlar nəticəsində 6 nəfər ölüb, 12 nəfər itkin düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə "Sina" informasiya portalı xəbər verib.

Məlumata əsasən, fövqəladə vəziyyət Beyçuan-Tsyan Muxtar Dairəsi ərazisində güclü yağışlar səbəbindən yaranıb. Bəzi yerlərdə yollara və elektrik xətlərinə ciddi ziyan dəyib.

Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR