“Dərnəgül" metrostansiyası yaxınlığında yanğın söndürülüb -

Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 m² sahədə məişət tullantıları və yarasız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 m² olan külafirənginin yanar konstruksiyaları yanıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15:20

7-ci mikrorayon ərazisində, Dərnəgül metrosunun yaxınlığında yanğın başlayıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “Dərnəgül” metrosu yaxınlığında təkər tullantıları yanır.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR