Vətən müharibəsi şəhidinin 5 yaşlı övladı faciəvi şəkildə

Gəncədə bədbəxt hadisə baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü H.Cəfərli ötən axşam şokolad kağızının boğazında qalması şübhəsi ilə xəstəxanaya gətirilib. Müayinə zamanı azyaşlının nəfəs borusuna yad cisim düşməsi nəticəsində öldüyü müəyyən olunub.

Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.

Faktla bağlı araşdırma aparılır.

Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR