ABŞ-ın Nevada ştatında iki yüngül mühərrikli təyyarə havada toqquşub.
Metbuat.az xəbər verir ki, hadisə zamanı 4 nəfər həyatını itirib. Məlumata görə, təyyarələrdən biri hava limanına enməyə hazırlaşarkən digər təyyarə ilə toqquşub. Nəticədə təyyarələr yerə çırpılıb.
Hadisənin səbəbləri araşdırılır.