Xaviyə ŞOK: ABŞ-a buraxılmadı -

Məşq toplanışı üçün ABŞ-a gedən “Barselona” klubunun baş məşqçisi Xavi Hernandez ölkəyə buraxılmayıb.

Metbuat.az xəbər verir ki, oyunçular ABŞ-a daxil olsa da, Xaviyə icazə verilməyib. Məlumata görə, Xavi Qətərin “Al Sadd” klubunda baş məşqçi olarkən İrana getdiyi üçün o ABŞ-a buraxılmayıb. Onun əvvəllər İranda bir neçə dəfə səyahətdə olması ABŞ daxil olmasına mane olub.

Bildirilir ki, Xavinin xüsusi icazə ilə ABŞ-a buraxılacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR