Salyanda 2 maşın toqquşub -

İyulun 16-da saat 7 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Füzuli rayon sakini Məhəmməd Baxışovun idarə etdiyi “Ford” və Yardımlı rayon sakini Ş.İmanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Metbuat.az-a verilən məlumatda bildirilib.

Qeyd eidlib ki, nəticədə M.Baxışov hadisə yerində ölüb, Ş.İmanov isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR