Ukrayna səfiri müharibədə həlak olan azərbaycanlı hərbçi ilə bağlı paylaşım edib -

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan Azərbaycan əsilli Kərim Qulamovla bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, diplomat feysbukda yazıb:

“Azərbaycan əsilli Ukrayna əsgəri Kərim Qulamov Rusiya işğalçıları ilə döyüşdə həlak olub. Ukraynada Kərim M2 telekanalında aparıcı kimi tanınırdı. Kərim Rusiyanın genişmiqyaslı işğalının ilk günündən son nəfəsinə qədər qoruduğu Vətənini müdafiə etmək üçün ayağa qalxmışdı”.

Qeyd edək ki, Kərim Qulamov əslən Azərbaycanın Lənkəran rayonundandır.

Həmçinin oxua bilərsiniz: Tanınmış azərbaycanlı döyüşçü Ukraynada həlak oldu - FOTOLAR



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR