Məşhur qadın musiqiçi buna görə Baydenin əlini sıxmayıb -

ABŞ Prezidenti Co Baydenin İsrail səfəri zamanı üzləşdiyi xoşagəlməz hadisənin səbəbi məlum olub.

Metbuat.az xəbər verir ki, tanınmış musiqiçi Yuval Dayan Prezidentlər üçün təşkil edilən mərasimdə mahnı ifadə edib. Ardınca Bayden qadın musiqiçi ilə görüşməyə cəhd edib. Bayden əl uzatsa da, qadın onun əlini sıxmayıb. Hadisə barədə açıqlama verən sənətçi bildirib ki, o, dini inancına görə Baydenin əlini sıxmayıb. Musiqiçinin sözlərinə görə, o, bununla bağlı əvvəlcədən İsrail rəsmilərinə məlumat verib.

Qeyd edək ki, musiqiçinin davranışı Yəhudi inancında yer alan “şomer negiah” inancı ilə əlaqələndirilir. Bu inanca görə, qadınlar qohumlar istisna olmaq başqa kişilərlə fiziki təmasdan yayınırlar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR