Dəmir yolu ilə yük və sərnişin daşımaları artıb

Dəmir yolu nəqliyyatı ilə 2022-ci ilin yanvar-iyun aylarında 8,6 milyon ton yük, 2127,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 18,9 faiz, sərnişin daşınmasında isə 90,8 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 308 vaqon yüklənib, 369 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR