Səbir, əziyyət, cəsarət tələb edən peşə -

XalçaÇılıq, xalça toxumaq heç də asan deyil. Əslində, heç bir peşə sahibinin işi asan deyil. Yazıçı hisslərini sözlərə, musiqiçi notlara düzür. Xalçaçı da bütün hisslərini, zövqünü xalçanın üzərində göstərir.

Ötən gün "Azərxalça" ASC-nin jurnalistlər üçün təşkil etdiyi mediatur İsmayıllı emalatxanasında baş tutdu. Burada bir xalçaçının işinə sərf etdiyi zəhməti, səbri, əziyyəti gördük.


İsmayıllı emalatxanasında çalışan Nazilə xanım deyir ki, uşaqlıqdan bu sahədədir. O, işinin tələb etdiyi səbiri, yorğunluğu dəf edərək xalça toxumaqdan həmişə zövq alıb:

"Uşaqlıqdan bu sahədəyəm. Evimizdə xalça toxuyanlar olub, mən də baxa-baxa öyrənmişəm. Uzun müddət bu sahədə olmağıma baxmayaraq işimdən bezmirəm. Sözsüz ki. bəzən yorğunluq olur. Həm fiziki, həm zehni iş olsa da, təkcə xalçaçılıq bununla bitmir. Bu peşə bizdəm həm səbir, həm də cəsarət tələb edir. Çox gözəl peşədir, işimi sevirəm".

Məleykə xanım isə özünə touxuduğu cehizliklərdən danışdı:

"Demək olar ki, ağlım kəsəndən bu sahədəyəm. Bu sahədə olmaq mənim üçün çox maraqlıdır. İşimi çox həvəslə görürəm. Hətta özümə cehizlik xalçalar da toxumuşdum".

Umu xanım isə deyir ki, 6-cı sinifdə oxuyandan bəri xalça toxuyur. Özünə, bacılarına, qardaşlarına cehizlik xalçalar toxuyub.

Söhbət zamanı Umu xanım bir xalça üçün təqribən bir - iki ay vaxt lazım oldğunu dedi. Onun sözlərinə görə, bəzən səbirsizlənsə də, işini çox sevir və xalça toxumaq onun üçün bir zövqdür.

Qeyd edək ki, regionlarda məşğulluğun artırılmasında, xüsusilə qadınların işə cəlb olunmasında “Azərxalça” ASC- nin edilən bütün islahatlarda əsas məqsədi istehsalın keyfiyyətinin artırmaq, satışı stabilləşdirmək, işçilərin rifahını artırmaqla “Azərxalça” ASC-ni dövlətə xeyir verən bir quruma çevirməkdir.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR