Azərbaycanda I yarımildə yol təsərrüfatına dəyən ziyanın miqdarı açıqlanıb

Bu ilin I yarısında Azərbaycanda yol təsərrüfatına 345 min manat ziyan vurulub ki, bunun da 218 min manatı və yaxud 63,2%-i ödənilib.

Metbuat.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, 6 ay ərzində ölkədə yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 278 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 3 906 pm əyrixətli tirlər, 30 ədə beton bardür, 101 pm mühafizə çəpərləri, 10 işıq dirəyi, 13 ədəd yol nişanı, 4 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə, 32 pm körpü məhəccəri yararsız hala düşüb.

Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə, 3 yol nəqliyyat hadisəsi ilə bağlı məhkəmələrə, 30 yol nəqliyyat hadisəsində səbəbkar məlum olmadığı üçün, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR