Ölkənin ən böyük qida saytı istifadəyə verildi

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov tərəfindən yaradılmış "qidaelmi.az" saytı, gənc kulinarlar, qida mühəndisləri ümumilikdə qida ilə əlaqəsi olan hər kəs üçün yaradılıb.

Metbuat.az xəbər verir ki, saytda gündəlik qida xəbərçisi bölümündə qida xəbərləri, qida elmi bölümündə qida fiziologiyası, kimyası, texnologiyası, ləzzətli tarix bölümündə qidanın tarixi ilə yaxından tanış olmaq olar.

Qidaelmi.az saytı evdar xanımları da unutmur, belə ki, saytda mətbəx bölümündə müəllif yeməkləri ilə yanaşı, salatlar, ət, balıq, toyuq, pəhriz yeməkləri ilə də yaxından tanış olmaq olar.

Sağlam qidalanan insanlar üçün sağlam qidalanma bölümü fəaliyyət göstərəcək və eyni zamanda dindarlar da dini mövzularda qida elmi ilə tanış ola bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR