Bakıda hər 100 ailəyə nə qədər maşın düşür? -

Bakıda qeydə alınan nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, 2021-ci ildən aparılan ilkin araşdırmalara görə, hazırda Bakıda 700 min 662 avtomobil var. Müqayisə üçün bildirək ki, 2020-ci ildə bu rəqəm 669 088 təşkil edib.

Həmçinin paytaxtda 61 min 827 yük avtomobili var. Yük avtomobillərinin sayında artım müşahidə olub. 2020-ci ilin statistikalarında yük avtomobillərinin sayı 59 min 779 ədəd olub.

Sərnişin avtobuslarının sayına gəlincə, 2020-ci ildə 15 min 618 ədəd olubsa, hazırda bu statistika 15 min 511 ədəd göstərir.

Bundan əvvəlki ilin statisitkasında 579 min 018 sərnişin minik avtomobillərinin sayı qeyd olunsa da, hazırkı rəqəmlərə görə artımla sərnişin minik avtomobillərinin sayı 607 min 768 ədəd təşkil edir.

Paytaxtda 550 min 274 ədəd şəxsi minik avtomobili var. Bu rəqəm 2020-ci ildə 526 min 744 olub.

Məlumatda qeyd edilib ki, hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı 104-dür. 2020-ci ildə isə bu rəqəm 99 ədəd təşkil edib.

Həmçinin oxuya bilərsiniz: Bakının "tıxacda" qalan tıxac problemi: Velosipeddən istifadə çıxış yolu ola bilər?

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR